Corc Kluninin toy şəkilləri yayıldı

Hollivud ulduzunun toyundan eksklüziv fotolar "PEOPLE" və "HELLO" jurnallarında dərc edilib

Bu yaxınlarda İtaliyanın Venesiya şəhərində özünə toy edən Hollivud ulduzu Corc Kluninin toy şəkilləri yayılıb. 53 yaşlı Corc Kluni və onun 36 yaşlı həyat yoldaşı Amal Alamuddinin toyunda çəkilmiş şəkillər Amerika Birləşmiş Ştatlarınlarında "PEOPLE" jurnalında, Böyük Britaniyada isə "HELLO" jurnalında dərc edilib. Hər iki jurnalın üz qabığında Corc Kluni ilə həyat yoldaşının alınlarını bir-birinə yaxınlaşdırmasını əks etdirən və Kluninin hamıya maraqlı olan nişan üzüyünün barmağında aydın göründüyü şəkil əks olunub.Bu ilin aprelində nişanlanan cütlük Venesiyada baş tutan toyları ilə bağlı təfərrüatları açıqlamayıb və çoxsaylı şayiələrə səbəb olub. Kluni 1989-93-cü illərdə evli olduğu aktrisa Talia Balzamdan ayrıldıqdan sonra bir daha evlənməyəcəyinə and içmiş və həmin vaxtdan çoxsaylı aktrisa və modellərin əhatəsində görülmüşdü. Lakin Livan əsilli britaniyalı insan haqları müdafiəçisi Amal Alamuddinlə tanışlığı Hollivud ulduzunu öz fikrindən daşındıra bilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31