Müslüm Maqomayev haqqında daha bir film

Ssenari ifaçını yaxından tanıyanların xatirələri əsasında yazılıb

Kino  Görkəmli opera və estrada müğənnisi, Azərbaycan və SSRİ xalq artisti Müslüm Maqomayev haqqında film çəkilib. ANS PRESS-in məlumatına görə, "Müslüm Maqomayev tamaşaçıların xatirələrində" film xalq artistini tanıyanların xatirələri əsasında lentə alınıb. Film M. Maqomayevin həyat və yaradıcılığı, səhnə fəaliyyəti haqqındadır. Filmin həm ssenaristi, həm də rejissoru olan Tofiq İsmayılov çəkilişlərə hələ 1 il bundan əvvəl başlandığını bildirib. Onun sözlərinə görə, ssenari onu yaxından tanıyan insanların, tamaşaçıların xatirələri əsasında yazılıb. Bu film T.İsmayılovun ilk tam metrajlı ekran işidir. Filmdən öncə T.İsmayılov Müslüm Maqomayev haqqında 3 novella çəkib: 1. Tamara Sinyavskaya 2. Maqomayevin ölümü 3. Maqomayevin tələləbələri. Filmin ilk təqdimatı Azərbaycanda baş tutub və film 10 gün Nizami Kinoteatrında nümayiş ediləcək. Görkəmli musiqiçi haqqında olan ekran işinin Moskva tamaşaçılara təqdim olunub olunmayacağı haqda suala cavabında isə rejisssor bunun gələcəkdə müzakirə olunacaq məsələ olduğunu bildirib. Film iş adamı Araz Ağalarov, həyat yoldaşı Tamara Sinyavskaya və "İntefaks Azərbaycan" rəhbəri Aleksandr İvanovun ailə arxivində olan video materiallardan istifadə edilib. İki saatlıq filmdə Araz və Emin Ağalarovlar, xalq rəssamı Tahir Salahov, Aleksandr İvanov məşhur haqqında fikirlərini bölüşüb. Adıçəkilən şəxslər M.Maqomayevin müsbət kefiyyətləri, xarakterinin tamaşaçılara bəlli olmayan tərəfləri haqqında danışıblar. Məsələn, Araz Ağalarov onun hələ SSRİ zamanında, bu qədər geyim brendləri olmadığı zaman belə çox zövqlə geyindiyini, bunun isə onun yüksək zövq və mədəniyyətə malik olmasının göstəricisi olduğunu bildirib. Rəssam Tahir Salahov sağlığında M.Maqomayevin portretini çəkə bilmədiyi üçün təəssüflənib. Lakin sonradan çəkdiyi rəsmdə onun səhnədən getmə qərarının necə ağır və faciəvi olduğunu göstərmək istədiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31