Finlandiyada azərbaycanlı musiqiçinin yubileyi qeyd olunub
30 Sentyabr 2014 13:41 MədəniyyətFinlandiyada Azərbaycan diasporunun fəal nümayəndələrindən biri, Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, Yoensuu Konservatoriyasının müəllimi Kamal Aşurbəyovun 50 illik yubileyi qeyd olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, yubiley gecəsi Finlandiya Mədəniyyət İnkişaf Fondunun dəstəyi ilə həmyerlimizin yaşayıb, çalışdığı Yoensuu şəhərindəki Garelia-Sali konsert zalında keçirilib. Tədbirdə şəhər rəhbərliyinin təmsilçiləri, musiqi ictimaiyyətinin nümayəndələri və Finlandiyada yaşayan azərbaycanlılar iştirak edib. Konsert proqramında Kamal Aşurbəyov azərbaycanlı müəlliflərin musiqi əsərlərini səsləndirib.
Qeyd edək ki, məşhur Aşurbəyovlar nəslindən olan Kamal Aşurbəyov təkcə Finlandiyada deyil, Avropa ölkələrinin çoxunda Azərbaycan mədəniyyətini, Azərbaycan musiqisini, o cümlədən muğamları təbliğ edir.