Əməkdar artist xəstəxanaya yerləşdirildi
30 Sentyabr 2014 10:42 MədəniyyətƏməkdar artist Süleyman Zeynalov sağlamlığındakı narahatlıqlara son qoymaq üçün həkimlərə üz tutub.
"anspress.com"-in məlumatına görə, əməkdar artist Süleyman Zeynalov deyib ki, əsəbdən ayaqları tutulub.
"Bilirsiniz ki, mən həmişə 15 yaşındakı oğlan kimi olmuşam. Lakin sonra əsəbdən ayaqlarım tutulmağa başladı", deyə Süleyman Zeynalov bildirdi.
Süleyman Zeynalov qəfil səhhətində baş verən problemlər səbəbindən həkimə müraciət edib. Müayinə zamanı isə onun onkoloji xəstəliyə düçar olduğu məlum olub.
"15 gün bundan əvvəl hər gecə titrəyirdim. Bunların hamısı əsəbdəndir. Çıldağa qədər getmişəm, sonra qaşınırdım və titrəyirdim".
Süleyan Zeynalov bu gün əməliyyat olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31