Bakıda 22 min manatlıq cinayət
Paytaxtda dələduzluq edən şəxs tutulub
29 Sentyabr 2014 11:57 MədəniyyətBakıda dələduzluq edən şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, əməliyyat Nəsimi rayon Polis İdarəsi 20-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində, dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini Mikayıl Rəhimov tutulub. Məlum olub ki, o, Zaqatala rayon sakini Ziyəddin Musayevin etibarından sui-istifadə edərək, 22 min manat alıb və qaytarmayıb. Onun digər cinayətlərdə əlinin olub-olmaması araşdırılır. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31