Acunun telekanalında musiqimizə hörmətsizlik VIDEO

Daha bir Azərbaycan mahnısı "anonim" olaraq təqdim edildi

 Türkiyənin "TV8" telekanalında yayımlanan "O ses çocuklar" musiqi müsabiqəsində Azərbaycan musiqisi anonim şəkildə təqdim olunub.ANS PRESS-in məlumatına görə, Türkiyəli məşhur teleaparıcı və prodüsser Acun İlıcalının bir müddət əvvəl sahibi olduğu "TV8" telekanalında yayımlanan "O ses çocuklar" musiqi müsabiqəsinin yarımfinalında Elvin Bal adlı iştirakçı musiqisi Cahangir Cahangirova, sözləri Zeynal Cabbarzadəyə məxsus "Ay qız" mahnısını ifa edib, lakin həmin vaxt titrlərdə mahnının müəllifi (söz və musiqisi) anonim olaraq göstərilib.

Sözügedən müsabiqədən həmin anları təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31