Məşhur aşıq sevənlərinə sürpriz edəcək

Hər zaman öz fərqliliyi ilə gündəmə gələn məşhur aşıq Namiq Fərhadoğlu bu il öz ad gününü canlı yayımda tamaşaçıları ilə birlikdə qeyd edəcək. Bu barədə aşıq özü məlumat verib. Belə ki, Namiq Fərhadoğlu doğum günündə yəni, sentyabrın 29-da ATV telekanalında yayımlanan "Mətanətlə gündəlik" verilişinin qonağı olacaq. Verilişdə tamaşaçı qismində iştirak etmək istəyənlər sentyabrın 29-u saat 18.00-dan gec olmayaraq ATV kanalına gələ bilərlər. Aşıq sevənlərinə sürpriz edəcəyini də qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31