Faiq Ağayev Müşərrəf Akayla Ümummilli liderin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycanın xalq artisti Faiq Ağayev türkiyəli həmkarı Müşərrəf Akayla Şəhidlər Xiyabanı, Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana Fəryadı" abidəsi və Fəxri Xiyabanı ziyarət edib. Sənətçilər Ümummili lider Heydər Əliyev, xanımı Zərifə Əliyeva, Vətən uğrunda şəhid olmuş həmvətənlilərimizin əziz xatirəsini yad ediblər. Qeyd edək ki, Türkiyənin tanınmış sənətçisi xalq artisti Faiq Ağayevin dəvəti ilə Azərbaycana gəlib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31