Oksana Hindistanda qalib oldu
25 Sentyabr 2014 17:18 MədəniyyətHindistanın məşhur "İndias Best Cine Star Ki Khoj" yarışmasının qalibi azərbaycanlı rəqqasə Oksana Rəsulova olub. Ailem.az xəbər verir ki, rəqqasə bu barədə özünün sosial şəbəkədəki hesabında yazıb: "Azərbaycanım mənim! Doğmam, əzizim... Allahın istəyi ilə, sizin dualarınızla, dəstəyinizlə mən Hindistanda yarışmanın birincisi oldum. Oksana Rəsulova və Sayyed Mamun "İndias Best Cine Star Ki Khoj"in qalibləridir. Sağ olun, var olun! Hamınızı sevirəm. Hələ də inanmağım gəlmir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31