Bakıda çayxanada qan düşdü

Suraxan rayonunda çay evində iki nəfər bıçaqlanıb

Ötən gün axşam saatlarında Bakının Suraxan rayonunda çay evində iki nəfər bıçaqlanıb. Suraxanı rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Bülbülə qəsəbəsində yerləşən çay evlərinin birində baş verib. Belə ki, çayxanada söyüş üstündə dava olub. Dava zamanı 1988-ci il təvəllüdlü Ülvi Musayev və 1988-ci ilə təvəllüdlü Zaur Heydərov bıçaqlanıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Hələlik hadisənin digər iştirakçısı, yaxud iştirakçılarının kimliyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31