III Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək
25 Sentyabr 2014 15:15 MədəniyyətMədəniyyət və Turizm Nazirliyinin noyabrın 5-6-da nəzərdə tutduğu "Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri" mövzusunda III Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan Dövlət Musiqili Teatrında keçiriləcək. Teatrdan "OLAYLAR"-a bildirilib ki, kofransda 70-dən artıq ölkədən 150 nəfər qonağın iştiraki gözlənilir. Tədbir çərçivəsində ASSİTEJ və UMİNA təşkilatlarının Milli Mərkəz nümayəndələri ilə görüşləri, habelə, sənət ustaları üçün müxtəlif mövzularda treninqlər keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31