Kiyevdə həmvətənimizin kitabı nəşr edilib

Kiyevdə həmvətənimiz Sadiq Rza oğlu Tağıyevin "Ukraynada ətraf mühitin mühafizəsi (fiziki şəxslərin öhdəlikləri)" mövzusunda monoqrafiyası nəşr edilib. "OLAYLAR"-ın Azərbaycanın Ukraynadakı səfirliyinə istinadən verdiyi xəbərə görə, kitabda Ukrayna ərazisində fiziki şəxslərin retrospektiv analizi verilib, onların ekoloji-hüquqi məsuliyyətlərinin sistemi və təsnifatı açılıb, fiziki şəxslərin məsuliyyətlərinin nəticələrinə toxunulub, ekoloji məsuliyyətsizliyə qarşı görülə biləcək əks tədbirlər təklif edilib. Nəşr hüquq-mühafizə orqanlarının əməkdaşları, hüquq təhsili üzrə ali məktəblərin tələbə, kursant və müəllimləri üçün nəzərdə tutulur.

Məlumat üçün qeyd edək ki, əslən Azərbaycanlı olan Sadiq Tağıyev Ukraynanın Çerniqov vilayətinin apellyasiya məhkəməsinin sədri, Ukraynanın əməkdar hüquqşünası, hüquq elmləri namizədidir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31