Yeni mövsümün ilk premyerası

Sentyabrın 27-28-də Azərbaycan Dövlət Musiqili Teatrında "Qızıl toy" operettasının premyerası olacaq.  "OLAYLAR"-a daxil olan məlumata görə, teatrın 105-ci mövsümünün ilk premyerası olan bu əsərin libretto müəllifi Ramiz Heydər, bəstəkarı Oqtay Kazımidir. Komediyaya resjissor Yusif Əkbərov quruluş verib. Rollarda respublikanın əməkdar artistləri Nahidə Orucova (Ballı), Əkbər Əlizadə (Qədir), aktyorlardan Əzizağa Əzizov (Rəhim), Gültac Əlili, Türkel Şabanova (Aygün), Elvin Əliyev, Şaban Cəfərov (Azər), Gülnarə Əzizova (Zuzu), Yuliya Heydərova (Əcnəbi qız), Elməddin Dadaşov  (Şoumen), Svetlana Bulax (Turist qadın), Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Elnur Zeynalov (turist oğlanlar) iştirak edirlər. Müasir zaman üçün aktual olan əsərin əsas qayəsində vətənə məhəbbət dayanır. Tamaşada da məhz bu hisslər aşılanır.

.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31