Vəfa Zeynalova: “Yoldaşım mənə xəyanət etsə…”

Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Vəfa Zeynalova xəyanətdən danışıb. Publika.az xəbər verir ki, aktrisa "həyat yoldaşınız sizə xəyanət etsə, xəyanətə xəyanətlə cavab verərsinizmi?" sualını belə cavablandırıb: "İnanmıram ki, həyat yoldaşım mənə xəyanət etsin. Əgər belə bir hal baş verərsə, əvvəlki hörmət hissi aradan qalxar, inam aradan qalxar. Ailə axı yalnız iki nəfərdən ibarət deyil, həm də övladlar üçündür. İnsan addım atanda onları düşünməlidir. Əgər ailə ikimiz üçündürsə, xəyanət görsək, ayrılarıq, amma uşaqlar varsa, yox".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31