Avstriyada Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi müzakirə olunub
23 Sentyabr 2014 17:31 MədəniyyətSentyabrın 23-də mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ölkəmizdə səfərdə olan Avstriya hökumətinin mədəniyyət məsələləri üzrə məsləhətçisi, Avropanın mədəniyyət paytaxtları müsabiqəsinin münsiflər heyətinin üzvü Norbert Ridl ilə görüşüb. Nazirliyin məlumatına görə görüşdə bildirilib ki, 2000-ci ildən başlayaraq Avstriya- Azərbaycan mədəni əlaqələri mühüm inkişaf yolu keçib. Görüşdə 2015-ci ilin oktyabrında Avstriyada Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi müzakirə olunub. Qeyd olunub ki, qarşılıqlı mədəniyyət günləri, incəsənət sahəsində mübadilə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Nazir müavini vurğulayıb ki, Azərbaycan dünyanın əksər ölkələri ilə mədəni əlaqələri var, 70-dən artıq ölkədə Azərbaycanla bağlı tədbirlər, mədəniyyət günləri, sərgilər gerçəkləşdirilib. Qonaq hələ bir neçə gün Bakıda qalacağını, paytaxtımızın mədəniyyət müəssisələri ilə tanış olacağını bildirib. ("OLAYLAR"İA)