Volqoqradda Rauf Hacıyevin operettası səhnələşdirilib

Volqoqrad Musiqili Teatrında Rauf Hacıyevin "Kavkazskaya plemyannitsa" operettası tamaşaya qoyulub. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, Ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad regional şöbəsinin dəstəyi ilə hazırlanmış tamaşanın oktyabrın 4-də premyerası olacaq. 1960-cı illərin sonundan başlayaraq Rusiyanın müxtəlif teatlarında səhnələşdirilən bu əsər Volqorad şəhərində ilk dəfə nümayiş etdiriləcək. Tamaşanın rejissoru operettaya ilk quruluş verən, Azərbaycanın əməkdar artisti Əli Usubovdur. Hazırda Volqoqradda yaşayan Əli Usubov əsəri ilk dəfə  1969-cu ildə Leninqrad Konservatoriyasından məzun olarkən Moskva Operetta Teatrında səhnələşdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31