Müşərrəf Akay ANS-də Zeynəb Xanlarovaya mesaj göndərdi
"Onu mütləq görməliyəm, Zeynəb xanımın qəhvəsini içmək istəyirəm"
23 Sentyabr 2014 13:37 MədəniyyətTürkiyənin 1970-1980-cı illərin ən sevilən sənətçisi Müşərrəf Akay ANS TV-nin "Günə baxan" proqramının qonağıdır. ANS PRESS-in məlumatına görə, türk sənətçisi xalq artisti Faiq Ağayevlə birlikdə proqrama təşrif buyurub. Vaxtilə Azərbaycanda da çox məşhur olan sənətçi burada yaxşı dostlarının olduğunu deyib. Müğənni bu dostları arasından keçmiş mədəniyyət naziri, hazırda Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun adını çəkib. Zeynəb Xanlarovanı çox sevdiyini deyən Müşərrəf Akay canlı yayımda ona mesaj göndərib. "Zeynəb Xanlarova Türkiyənin də ulduzudur. Onu mütləq görməliyəm. Zeynəb xanımın qəhvəsini içmək istəyirəm." - deyərək, xalq artisti ilə görüşmək arzusunu dilə gətirib. Çox güman ki, ulduzların görüşü baş tutacaq.