Xatirə İslam həbs edilə bilər
22 Sentyabr 2014 15:32 Mədəniyyətİnstaqram istifadəçilərindən biri müğənni Xatirə İslam tərəfindən təhqir edilib. Belə ki, müğənni instaqram profilində Maştağada olduğu toyun şəkillərini paylaşıb. Həmin şəkillərə rəy bildirən iştirakçılardan biri yazıb ki, "eşşəy boydadır". Xatirə də həmin şəxsə "eşşəy səni doğandır," söyüşü ilə cavab verib. Məlumat üçün qeyd edək ki, əslində tərəflərin hər ikisi qanunla cəzalandırıla bilər. Çünki qanunvericilikdə kütləvi yayılan, nümayiş etdirilən sosial şəbəkələrdə də (internet informasiya ehtiyatı) insanların şəxsiyyətinin alçaldılması, təhqir və böhtana görə cinayət qaydasında cəza nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin tələbinə görə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma 300 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.