Mingəçevir teatrı yeni mövsümə Üzeyir Hacıbəyovla başlayır

Sentyabrın 25-də Mingəçevir Dövlət Dram Teatrında yeni mövsümün açılışı olacaq. Teatr yeni mövsümə bəstəkar Üzeyir Hacıbəyovun "Ər və arvad" musiqili komediyası ilə başlayacaq. Tamaşanın quruluşçu rejissoru xalq artisti Vaqif Əsədovdur. Komediyanın baş qəhrəmanlarını MDDT-nın aktyoru Hüseyn Mustafa və aktrisası Fəridə Məmmədova canlandıracaqlar. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31