Azərbaycanlı müğənninin klipinə kanallardan qadağa VIDEO
Günay İbrahimlinin "Dəlisiyəm gecənin" klipini televiziya tamaşaçıları görə bilməyəcəklər
22 Sentyabr 2014 13:03 MədəniyyətPopulyar müğənni Günay İbrahimlinin "Dəlisiyəm gecənin" klipini televiziya tamaşaçıları görə bilməyəcəklər. Anspress-in məlumatına görə, şənbə günü ANS TV-nin "İncə maraqlar" verilişinin qonağı olan ifaçı telekanalların onun klipinə qadağa qoyduğunu bildirib: "Telekanallar "Dəlisiyəm gecənin" klipini yayımlamaqdan imtina etdilər. Guya açıq-saçıq səhnələr çoxdur. Əslində mənim o klipdə geyindiyim çimərlik geyimim elə də açıq-saçıq deyil. Bu məni heç də narahat etmir, çünki internetdə baxış sayı əladır." Sözügedən klip Günaya evdə də problem yaradıb. İfaçının sözlərinə görə, hətta iş o yerə çatıb ki, ailə üzvləri onunla əlaqəni kəsmək istəyiblər: "Bu klip başıma bəla oldu. Evdəkilər də mənimlə danışmadılar. Hər kəsdən küsüb getdim Sloveniyaya. Oradan qayıtdıqdan sonra bir müddət köməkçimin evində qaldım. On gün telefonumu bağladım. Sonra özləri axtardılar. Məncə tərbiyə geyimlə ölçülmür. Sadəcə bizimkilər həmişə qohum-qardaşın nə düşündüyünü əsas tuturlar".
Qeyd edək ki, "Dəlisiyəm gecənin" mahnısının sözləri Nadoya, musiqisi Pərviz Mahmudova məxsusdur. Mahnını rejissor Rza Əsgərov ekranlaşdırıb.