Sabah "Eurovision" təmsilçimizin toyudur
19 Sentyabr 2014 12:53 MədəniyyətSabah "Eurovision 2014" təmsilçimiz Dilarə Kazımovanın toyudur. axşam.az-ın verdiyi məlumata görə, Mərd Aslan adlı türkiyəli iş adamı ilə nikah masasına oturacaq ifaçının toyu "Yaxt klub"da baş tutacaq. Bir çox sənət adamının qatılacağı gecədə media nümayəndələrinin iştirakına icazə verilməyəcək.
Qeyd edək ki, D.Kazımova ailə həyatı quracağı gənci uzun illərdir tanıdığını və nişanlısının "Eurovision" ərəfəsində ona dəstək olduğunu bildirib. D.Kazımova ailə qurduqdan sonra da sənətinə davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31