Aparıcı müğənniləri biabır etdi

Milli.Az xəbər verir ki, tanınmış aparıcı Zaur Kamal publika.az-a müğənnilərlə bağlı şok məlumatlar verib. Aparıcı Xəzər televiziyasında müəllifi olduğu "Ay Zaur" proqramına dəvət etdiyi qonaqlarla bağlı danışarkən gizlinləri üzə çıxarıb. Dediyinə görə, bəzi müğənnilər verilişə öz evlərində deyil, dost-tanış evində çəkilirlər və həmin evi öz mənzilləri kimi təqdim edirlər: "Efir xatirinə başqa cür görünən sənətçilərimiz var. Elə müğənni var, evi yoxdur, kirayədə qalır. Yaxud da mənzili balacadır, darısqaldır, üzə çıxarılası deyil, müğənni istəmir ki, efirdə kasıb görünsün. Buna görə də çəkilmək üçün başqa mənzil, ya villa tapır. Camaat da elə bilir ki, həmin villa müğənninin özünündür".  Zaur həmin müğənnilərdən bir neçəsinin adını da çəkdi: "Əməkdar artist Zöhrə Abdullayevanın öz evində çəkiliş etmədik. Digər bir əməkdar artist Eyyub Yaqubovun da çəkilişi başqa bir adamın evində baş tutdu. Amma həmin evi onların öz evləri kimi təqdim etdik. Yəqin, evləri balaca idi, ya da heç yox idi, bilmirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31