“Azdrama” mövsümü açır
18 Sentyabr 2014 11:37 Mədəniyyət18 sentyabr (sabah) saat 17.30-da Akademik Milli Dram Teatrında 142-ci teatr mövsümünün açılışı ilə bağlı mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında Teatrın cari mövsüm ərzindəki fəaliyyəti - planlaşdırılan yeni tamaşalar, beynəlxalq festivallar, qastrol səfərləri, yubiley tədbirləri haqqında geniş məlumat veriləcək, jurnalistlərin sualları cavablandırılacaq. Mətbuat konfransından sonra - saat 19.00-da Akademik Milli Dram Teatrı İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında Xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda hazırlanan "Qarabağnamə" tamaşası ilə 142-ci mövsümünü açacaq. Hamımıza uğurlu mövsüm diləyi ilə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31