Azərbaycanlı rəqqasə sonuncu dəfə müraciət etdi: “Rica edirəm”
17 Sentyabr 2014 17:15 MədəniyyətHindistanın "ZEE" telekanalında nümayiş etdirilən "Indian best cinestar kikhoj" şousunda iştirak edən azərbaycanlı rəqqasə Oksana Rəsulova sonuncu dəfə tərəfdarlarını ona səs verməyə çağırıb. O.Rəsulova televiziya izləyiciləri ilə yanaşı social şəbəkə saytlarındakı dostlarına da müraciət edib: "Əziz "İnstaqram" və "Feysbuk" dostlarım, məni izləyənlər mənə dəstək olanlar, həftənin şənbə və bazar günü səsvermənin nəticələrinə görə, qalib seçiləcək. Sonuncu dəfə sizdən ricam olacaq. Bütün var gücümüzlə şənbə və bazaar günləri aktiv olaq ki, Allahın köməyilə mən şounun qalibi olum. Azərbaycana qalib kimi dönmək istəyirəm. Sizə söz verirəm, bu dəstəyi heç vaxt unutmayacam. Vətənə döndükdən sonra inşallah izləyicilərimlə görüş təyin edəcəm. Sonuncu dəfə şənbə və bazar günləri dəstək olun". Oksana Rəsulova ayrıca onu dəstəkləyənlərə ayrıca təşəkkür edib. ("OLAYLAR İA")