Tanınmış aktrisa elə bir hala düşdü ki...

Türkiyə kinematoqrafının 100 illik yubileyinin qeyd olunduğu "Altın Koza" kinofestifalına qatılan əcnəbi qonaqlar arasında "Notting Hill" və "Altıncı hiss" filmlərindəki rollarından sonra dünyaca məşhurlaşan, 2003-2006-cı illərdə "The O.C." teleserialında oynamış aktrisa Mişa Barton da var. Milli.Az AHT-yə istinadən bildirir ki, kinofestivalın keçirildiyi Adana şəhərinə yollanan Mişa Barton "Adana HiltonSA" otelinə yerləşəndən sonra özünü pis hiss edib. Əhvalı pisləşən aktrisanı müayinə edən həkimlərin dediklərinə görə, onda "təyyarə sindromu" var. ABŞ-dan Türkiyəyə uçarkən 8 saatlıq vaxit fərqinin mənfi təsir etdiyi Mişa Barton dünən bütün müsahibə və görüşlərini təxirə salaraq oteldəki nömrəsindən çölə çıxmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31