Cem Adiran Bakıda konsert verəcək
16 Sentyabr 2014 18:30 MədəniyyətTürkiyədə fərqli səs tembri və üslubu ilə seçilən məşhur müğənni Cem Adiranın gələn ay Bakıda konsertinin olacağı gözlənilir. "OLAYLAR"-a daxil olan məlumata görə, "SOS Producion"ın təşkilatçılığı ilə "Şeker Prens və Tuz Kral" adlı solo konsert oktyabrın 25-də baş tutacaq. Konsert Sound Factory Arenada baş tutacaq. Qeyd edək ki, Cem Adrian 1980-ci il noyabrın 30-da Ədirnədə doğulub. Əsl adı Cem Filizdir. 7 oktavalıq səsi var. Fərqli səsinə görə "Dünyanın 8-ci möcüzəsi" hesab edilir. Oxuduğu janr - alternativ rock, caz, blues, a cappella, "new wave", elektronikadır. Musiqi həyatına 2003-cü ildən başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31