Məşhur meyxanaçı müğənninin sevgilisinə mahnı həsr edib

Gənc müğənni Afaq Aslan yaradıcılığında yenilik edib. "Sevə bilmərəm" adlı mahnının musiqisi Xəyyama, sözləri meyxana ustası Aydın Xırdalanlıya aranjemanı isə Tural Bakuvi və Ramala məxsusdur. "Olaylar" az-a açıqlamasında Afaq etiraf edir ki, bu mahnının sözləri onun ürəyindən xəbər verir və "Sevə bilmərəm" adlı ifa onun sevdiyi şəxsə həsr olunub: "Bəlkə də insan həyata bir dəfə sevir. Hər şeyin ən dərinini, ən gözəlini məhz o adama həsr etmək səndən asılı olmur. Həyat buna məcbur edir. Ancaq onu bilirəm ki, həqiqətən sevirsənsə bütün hallarda xoşbəxt olacaqsan. O adam yanında olsa da olmasa da".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31