Sevinc Tofiqqızının “Kalbim Türkiyem”adlı klipi TRT-Avazda yayımlanır

Bu barədə "Olaylar"a açıqlama verən bəstəkar bildirib ki, onun klipnin TRT-də yayımlanması onu çox sevindirib: " Bildiyiniz kimi, mən bu yaxınlarda Ankarda oldum və  TRT-keçmiş Bakı təmsilçisi Yüksel Degercanla görüşdüm. O, hazırda TRT-avazda  baş koordinatoru olaraq çalışır. Onunla söhbət əsnasında mən söylədi ki, "sənin "Kalbim Türkiyem" klipin artıq  TRT-Avazda yayımlanacaq" inanın  heç xəbərim yoxidi. Mən öz növbədə Yüksel Degercana və Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslana  eyni zamanda TRT-yə öz təşəkkürlərimi bildirirəm. Çünki, onlar hər zaman görüdyüm bütün  işlərdə mənə dəstək olublar".

Qeyd edək ki, "Kalbim  Türkiyem" adlı kompozisiyasının aranjımanı Osman Hemidov, skripkada əməkdar artist Səlim Abbasov, rejissoru və montaj İntiqam Dadaşov operatorluqu isə Emin Qaraşlıya aiddir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31