Azərbaycan sənətçisi Vətənə dönmüşdür...

Türkiyə Cumhuriyyətinin Antaliya Böyükşəhər Bələdiyyə Teatrının dəvəti ilə tamaşa hazırlamaq üçün Türkiyəyə səfər edən Azərbaycan  Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar Artist Vətənə dönmüşdür. Istedadlı aktrisa və yazar Pərvin Ünalpın "Gec qalanlar" əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Nofəl Vəliyev, işıq üzrə rəssamı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının işıq üzrə rəssamı Vadim Kuskov, musiqi tərtibatçısı İhsan Kılavuz, rejissor assistenti Ruteba Tatlı olmuşdur. Səhnə əsərində rolları teatrın istedadlı aktyorları Hasibe Özgür, Hüseyn Ataf, Sencan Köymen, Sərfinaz Özgür ifa etmişlər. Bir hissəli psixoloji dram insanların öz duyğularının gec fərqinə varmaları, "sevirəm" sözünü demək üçün gec qaldıqlarını əks etdirir.  Iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin sənət və mədəni səviyyədə möhkəmlənməsini təmin edən bu layihəni gələcəkdə də Azərbaycan və Türkiyə teatr sənətçiləri arasında yeni layihələrin başlanğıc mərhələsi hesab etmək olar.   Hazırda iki teatr rəhbərliyi arasında aparılan danışıqlar nəticəsində qarşılıqlı yaradıcılıq müqaviləsinin imzalanması barədə razılaşma əldə olunmaqdadır. Məlumat üçün bildirək ki, 30 illik tarixə malik Antaliya Böyükşəhər Bələdiyyə Teatrı hazırladığı maraqlı səhnə əsərləri ilə bir sıra beynəlxalq festivalda uğurla iştirak etmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31