Rəqqasə Hindistan televiziyasında Azərbaycan dilində çıxış etdi: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”

Azərbaycanlı rəqqasə Oksana Rəsulova Hindistanda keçirilən "Indian best cinestar kikhoj" yarışmasında çıxışına davam edir. O.Rəsulova yarışmada növbəti dəfə səhnəyə çıxıb və tamaşaçıları Azərbaycan dilində salamlayaraq, "Madhuridixitnene" performansına başlayıb: "Menhegigetende - fəxr edirəm ki, mən azərbaycanlıyam! Düşünürəm ki, bu günki "Madxuri" haqqında hekayəm sizin xoşunuza gələcək. Bu günki səhnədə çıxışım, mənim üçün ən dəyərli çıxışlardan biridir". Oksana Rəsulova eyni zamanda azərbaycanlı tamaşaçılarını da Hindistanın "Zee" telekanalında yayımlanan yarışmaya ona səs verməyə çağırıb. Qeyd edək ki, "Indian best cinestar kikhoj" 10 gündən sonra başa çatacaq. Finalda 1 qadın, 1 kişi iştirakçı qalib olacaq. Qaliblər Hindistanda çəkiləcək bir kinoda baş rolları ifa edəcəklər. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31