“Uzun paltar geyinəsi deyildim ki...” - Günay VIDEO
15 Sentyabr 2014 11:18 Mədəniyyət"Həmin klipdə çimərlik geyimindən istifadə etmişəm. Ola bilər ki, kimlərsə bunu özlüyündə bəyənməsin və məni qınasın. Ancaq mahnının motivi bunu tələb edirdi, həm də rejissorun fantaziyası idi. Hovuzun kənarında çəkilən klipdə uzun paltar geyinəsi deyildim ki..."."Qafqazinfo" xəbər verir ki, bunu milli.az-a müsahibəsində müğənni Günay İbrahimli "Dəlisiyəm gecənin" klipində açıq-saçıq geyimi ilə bağlı tənqidlərə münasibət bildirərkən deyib. O bildirib ki, əslində konsertindəki geyim də açıq sayıla bilər: "Lakin mən bunda bir qəbahət görmürəm. Müğənniyəmsə, səhnədə təkcə səsimlə yox, vizual görünüşümlə də diqqət çəkməyi bacarmalıyam. Düşünürəm ki, bu, məndə alınır. Geyindiyim paltarlar da bədənimə görədir. Mənə yaraşmasa, hər halda geyinmərəm.Az da olsa, diqqət çəkə bilirəmsə, arxayın olmağa haqqım var. Ən azından bədənimin heç bir yerində, nə də simamda heç bir əməliyyat olunmayıb".