Tural Bakuvi Alim Qasımovla iş birliyinə başlayıb

Bəstəkar Tural Bakuvi və gənc müğənni Ramal Rəsul xalq artisti, muğam ustası Alim Qasımovla iş birliyinə başlayıb. Yeni layihə yaxın müddətdə tam hazır olacaq. Bu barədə "OLAYLAR"a məlumat verən bəstəkar bildirib ki, sözügedən mahnı indiyə qədər işlənmiş digər layihələrdən tam fərqli olacaq. Bəstəkar böyük sənətkar Alim Qasımovla işləyəcəklərindən dolayı fəxr etdiyini və yeni mahnının çox seviləcəyinə əmin olduğunu bildirib:  "Həqiqətən möhtəşəm bir layihədir. Adı "Dünya"dır. Musiqisi mənə, sözləri Elxan Cəfərliyə aiddir. Mahnı etno-rok üslubundadır. Layihənin işləri demək olar ki, tamamlanıb və yaxın bir-iki həftə ərzində dinləyicələrin ixtiyarında olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31