Eurovision-a getmək istəyən azərbaycanlı Maral: "Son dum sen tum sayen tu" -

"Azərbaycanı "Eurovision"da təmsil etmək istəyirəm. Bu sənət mənim içimdədir. İçimdən gələn böyük səs, böyük qüvvə var".

Azərbaycanlı müğənni, özünü "Dünyanın ən zil səsli sənətçisi" adlandıran Maral Tahirqızı jurnalistin sualını belə cavablayıb.

Sonra o, "Eurovision-2010" mahnı müsabiqəsində Almaniyanı təmsil etmiş Lena Meyer-Landrutun "Satellite" mahnısını oxumağa çalışıb: "Lav ay qar yu bartu yu, As vi dobb is hav yuuuuu... Sontum sentum sayentu, von haverin minyavidali! Laaav voff laaaav, hayar çaya viaçunqi! Zay no haym! Seahunli aşivlav!"

Milli.Az bildirir ki, belə möhtəşəm, qəlbləri riqqətə gətirən, ingilis dilinin prononslu Oksford ləhcəsində səlis söylənən və "Eurovision"da milyonların təkrarlaya biləcəyi sinqlə çevriləcək potensial şlyagerdən sonra M.Tahirqızı təvazökarcasına buyurub: "O Lena vardı ey, alman qızı, Germaniya qızı... Ola bilsin alman dilində oxuyub. Yəni ingiliscə oxuyurlar da... Yəni Yevrovijndə oxunan mahnıdı yəni bu".

İngilis dilində oxunan bu mahnının XXI əsrin əfsanəvi səs sahibi Maral Tahirqızının ifasındakı mətninin elə ingilislər tərəfindən başa düşülməyəcəyi isə şərt deyil. Şərt kövrək ifa, emosional səslənmədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31