Maral Tahirqızı: “Mənə edilən təzyiq arxasında 70-ə yaxın yaşı olan bir müğənni dayanır”

Son günlərin media və sosial şəbəkə saytlarında adı daha çox hallanan müğənni Maral Tahirqızı özünə edilən təzyiqlər barədə məlumat verib. M.Tahirqızı təzyiqlərin arxasında kimlərin dayandığından məlumatlı olduğunu bildirib: "Mənə kimin təzyiq etdiyini bilirəm. O yoldaşın adını çəkməyəcəm. Estrada janrında oxuyur. 70-ə yaxın yaşı var. Heç vaxt xalq janrında oxuyan müğənniləri sevmir. Nə də ki, xalq janrında oxuyan müğənnilər onu sevmir. Çox paxıldı. Neçə illərdi ki, Azərbaycan televiziyasında xalq tərəfindən onu sevildiyini görmədim. Mənə təzyiq etmək üçün güclü imkanları var. O, mənim dostluğuma gələndən sonra medianın tənqidi ilə üz-üzə qalmışam. O yoldaş bilsin ki, mən bilirəm, yüz, min faiz bilirəm ki, mənə təzyiq o müğənnilərdən gəlir. Bizim aramızda şəxsi qərəz yoxdu. Sadəcə xalq janrında oxuyanları sevmir. Əgər xalq onu sevmirsə, mən neyləyim. Günahkar mənəm? Bunun heyfini də məndən çıxır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31