Məşhur müğənni örtülü bazardan şikayət etdi VIDEO
Müğənninin dostluğu pozuldu
11 Sentyabr 2014 13:24 MədəniyyətHər kəsin istirahət etdiyi bir vaxtda, bəstəkar-müğənni Nurlan Təhməzli fəaliyyətinə ara vermək fikrində deyil. Belə ki, "Gəl, evlənək" adlı mahnısına çəkilən kliplə yaya damğasını vuran Nurlan pərəstişkarlarını yenə sevindirdi. O, bu dəfə pop janrına müraciət edərək "Örtülü bazar" adlı ritmik mahnını lentə aldırıb. Söz və musiqisi Zülfi Bədəlova aid mahnının mövzusu sevgiyə aid olsa da "örtülü bazarın" dostluğu pozması haqda bəhs edir. Təhməzlinin bildirdiyinə görə, bu, qeyri-adi ada malik mahnı tezliklə işıq üzü görəcək solo alboma da daxil ediləcək.
Həmin mahnını sizə də təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31