“Mən səni sevirəm, mənə əzizsən, doğma Özbəkistan" adlı dostluq konserti keçirilib

Azərbaycanın Özbəkistandakı səfirliyi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Özbəkistan müstəqilliyinin 23-cü ildönümünə həsr edilən "Mən səni sevirəm, mənə əzizsən, doğma Özbəkistan" adlı dostluq konserti keçirilib. Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin əməkdaşları, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedoqoji Universitetinin rektoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Şavkat Şaripov, universitetin professor-müəllim heyəti, tələbələr, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər. Tədbir bir çox beynəlxalq musiqi festivallarının qalibləri, məşhur "Özbəyim yoşları" ansamblının və Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblının çıxışları ilə davam edib. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31