Günay Musayeva boşanmasından danışdı
Azərbaycanlı model münsif kürsüsündə yer alıb
9 Sentyabr 2014 13:21 MədəniyyətSentyabrın 10-da İstanbulda "Miss Eurovision 2014" gözəllik yarışması keçiriləcək. Anspress-in məlumatına görə, Kral TV vasitəsiylə canlı yayınlanacaq yarışmada münsif kürsüsündə həmyerlimiz Günya Musayeva da yer alacaq. Bununla yanaşı Günay bu yaxınlarda akrisa kimi də özünü sınayacaq. Azərbaycanlı model Türkiyənin ATV kanalında efirə gedəcək "Beyaz Karanfil" serialında Dərya obrazını canlandıracaq. Uzun zamandır aktyorluq dərsləri alan model serialda narkotik baronu Burhan Korkmazın (Ali Sürmeli) köməkçisi və sevgilisi rolunda olacaq. "Kurtlar Vadisi"nin yaradıcılarından Bahadır Özdener və Cüneyt Aysanın müəllifi olduqları serial sentyabrın sonu yayıma girəcək. Həmyerlimiz model kimi də fəaliyyətini davam etdirir. Model gənc dizaynerlərə dəstək olmaq məqsədi ilə təşkil edilən "MESİAD 2014 - Moda və Tekstil Dizayn" defilesinə qatılıb. Merter Fashion Weekdə Günayla yanaşı Çağla Şikel, Özge Ulusoy kimi məşhurlarda podiuma çıxıb.
Qeyd edək ki, açıqlama verən model bu yaxınlarda mediada boşanması ilə bağlı yayılan xəbərlərinsə əsassız olduğunu bildirib.