Türkiyədə ailə quran Aygün: "Ürəyimcə olmadı"
9 Sentyabr 2014 12:46 MədəniyyətYenicə ana olan Aygün İsmayılova "Starlife" da qızından söhbət açıb. Milli.Az gecce.az-a istinadən xəbər verir ki, Miray adını verdiyi qızının da özü kim sənətdə olmasına heç də mənfi baxmır. O deyir ki, əgər qızının istedadı olsa, ona mənəvi və maddi yardım olmağa da hazırdır. "Anası kimi gözəl səsi olacaqsa, dəstək olmağa hazıram. Düzdür, mənə dəstək olan olmadı. Sadəcə ailəm arxamda durdu. Etiraf etməliyəm ki, mənim müğənnilik fəaliyyətim ürəyimdəki kimi olmadı. Çox şeylər etmək istərdim. Alınmadı..."
Aygün deyir ki, hələ heç nə bitməyib. Türkiyədə olsa da, sənəti atmaq fikrində deyil. Bu yolda ona yoldaşı da dəstək olur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31