İbrahim Tatlısəsə daha bir zərbə

İ.Tatlısəs: "11 ildir cibimizə bir qəpik pul getmir"

Ötən ayın əvvəlləri ölüm xəbəri yayılan türk sənət musiqisinin "imperatoru" adlandırılan məşhur müğənni İbrahim Tatlısəsə daha bir mənəvi zərbə dəyib.ANS PRESS-in məlumatına görə, məşhur türk müğənnisi İbrahim Tatlısəsin sahibi olduğu "Tatlıses TV" bağlanılıb. Kanalın bağlanması qərarından sonra müğənni şəxsi tvitter hesabında məsələ ilə bağlı münasibətini açıqlayıb."11 ildir ki, o televiziyanı necə saxladığımızı bir biz bilirik, bir Allah, bir də işçilər. Xalqın dilini kəsdiniz" - deyə məşhur müğənni yazdığı tvitdə təəssüfünü bildirib.Qeyd edək ki, Tatlısəs bir müddət əvvəl sosial şəbəkədə kanalın bağlanacağı ilə bağlı ehtimalın olduğu haqqında belə yazmışdı:"Tatlısəs TV-ni bağlamaq qərarına gəldik. "Niyə?" deyə soruşanlara cavabım budur: TÜRKSAT-ın lisenziyasını ləğv edirik. Hədələri bizi bezdirdi. Ödəmələrin 24 lirədən 50 lirəyə qalxmasına görə gecikmələrimiz olur. Baş nazirimiz "bağlayın" desə, bağlayacağıq. 11 ildir TV-dən cibimizə bir qəpik pul getmədi."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31