Məşhur üçlük iki gündə 39 milyon qazandı

Hollivud ulduzları - Bred Pitt, Leonardo Di Kaprio və Robert Deniro cəmi iki günlük çəkilişdən hərəsi 13 milyon dollar pul qazanıb. Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, bu məbləği onlar "Makao" kazinosunun tanıtımı üçün hazırlanan qısametrajlı filmin çəkilişindən əldə ediblər. Xatırladaq ki, ekran işi əfsanəvi rejissor Martin Skorsiz tərəfindən lentə alınıb. Filmin ümumi büdcəsi 70 milyon dollar təşkil edib.

Qeyd edək ki, bu filmdə çəkilmək üçün təzəcə evlənən Bred öz bal ayını yarımçıq qoymalı olub. Ekran işi gələn il kazinonun açılışı ərəfəsində göstəriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31