Günay haqda: "Narkobaronun sevgilisi"

Türk mediası azərbaycanlı modeldən danışır: "Burhan Korkmazın sevgilisi və katibəsi olacaq"

Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva yenidən medianın diqqət mərkəzindədir. Anspress-in məlumatınha görə, son zamanlar həm modellik həm də kino aləmində uğurlara imza atan Günay daha da çox maraq oyadıb. Türk saytları modelin podiumdan çıxıb çəkiliş meydançasına qaçdığı barədə məqalə dərc edib: "Azərbaycanlı model Günay Musayeva "Bəyaz qərənfil" adlı serialın yaradıcı heyətinə qatılıb. Uzun müddətdir aktrisalıq dərsləri alan Günay ekran işində narkobaron Burhan Korkmazın sevgilisi və katibəsi Dərya rolunu canlandıracaq. "Kurtlar Vadisi" serialının yaradıcıları Bahadır Özdener və Cüneyt Aysanın ərsəyə gətirdiyi film sentyabrda ekranlara gələcək". Xatırladaq ki, G. Musayeva məşhur türk aktyoru Tolqa Karel ilə ailəlidir və Cahangir adlı bir oğlu var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31