Məryəm Üzərli yarıçılpaq fotolarını paylaşdı
Köpüklü vannanın içərisində olduğu şəkilləri xüsusilə diqqət çəkib
4 Sentyabr 2014 09:37 MədəniyyətTürkiyədə, eləcə də ölkəmizdə geniş izləyici kütləsi olan "Muhteşem yüzyıl" teleserialında canlandırdığı Hürrəm Sultan obrazı ilə məşhurlaşan aktrisa Məryəm Üzərli yeni fotoşəkillərini yayımlayıb.
ANS PRESS-in məlumatına görə, ailəsi ilə Berlində yaşayan "Hürrəm Sultan" olaraq yadda qalan almaniyalı aktrisa Məryəm Üzərli qızı Lara ilə birlikdə tətilə yollanıb.
Aktrisanın sosial şəbəkədə paylaşdığı şəkillərdən tətilin maraqlı keçdiyini görmək mümkündür. Ən çox diqqət çəkən fotoşəkil isə onun sonuncu paylaşımlarından biri olub. Üzərli sahildə günəş altında uzanaraq bəbir naxışlı bikinisi ilə poz verib. Pərəstişkarları ona heyranlıqlarını gizlətməyiblər.
Daha sonra isə o, hamamda çimərkən köpüklü vannanın içərisində çəkdirdiyi fotoşəkilləri paylaşıb. Bu fotoşəkil də hamının marağına səbəb olub, çox sayda sosial şəbəkə istifadəçisi tərəfindən bəyənilib.
Qeyd edək ki, aktrisa hamilə olduğu zaman onu tərk edən sevgilisi Can Atəşlə baş verənlərdən sonra münasibətlərinin normal olduğunu bildirib.