Faiq Ağayev Seda Sayanı ələ saldı VIDEO

Xalq artisti: "Diqqət! 18+ Bu ermənipərəst kimin üçün oxuyub görəsən yeni mahnısını?"

Xalq artisti Faiq Ağayev məşhur türk müğənnisi Seda Sayanın yeni mahnısını məsxərəyə qoyub. Anspress-in məlumatına görə, F. Ağayev türk ifaçısını ermənipərəst adlandıraraq onun yeni mahnısına münasibətini bildirib. Belə ki, Seda Sayanın ötən gün Show televiziyasında yayımlanan verilişi zamanı ifa etdiyi yeni albomundan olan "Lay lay lom" adlı mahnısı xalq artistində maraq oyadıb. Faiq bəy Sedanın ifa edən zaman şəklini çəkərək sosial şəbəkədə paylaşaraq daha sonra: "Diqqət! 18+ Bu ermənipərəst kimin üçün oxuyub görəsən yeni mahnısını?"- şərhini bildirib. F. Ağayevin paylaşdığı şəkil və yazı maraqla qarşılanıb. Türk ifaçısının yeni mahnısını sizə təqdim edirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31