Nura Suri Ayladan danışdı
2 Sentyabr 2014 13:45 MədəniyyətMəşhur müğənni Nura Suri gənc həmkarına dəstək oldu. İfaçı "Azərbaycanın Səsi" layihəsinin ən uğurlu simalarından olan Ayla Şiriyevanın gələcək fəaliyyətini yüksək qiymətləndirir və onun həmkarlar üçün kifayət qədər ciddi rəqib olduğunu açıqlayır: "Mən son 3 ildə izlədiyim yarışmaların ən unudulmaz iştirakçısı məhz Ayladır. 15 yaşlı bu qızın səhnə davranışı, səsi, istedadı məni sözün əsl mənasında mat qoyub. Fikrimcə, Ayla bizi bundan sonra ciddi yarışmalarda təmsil edə bilər. Bütün münsiflər onu dəstəkləyir və o xanımın artıq hazır ifaçı olduğunu qeyd edir. Əslində, bu açıqlamanı verməyimə səbəb sözünü demiş həmkarlarıma səslənməyimdir. Ayla kimi gənclərə dəstək və kömək olmaq lazımdır. Bu cür ifaçılar zamanı gəlincə Azərbaycanı dünyada layiqincə təmsil edə biləcəklər". Nura onu da açıqladı ki, "Azərbaycanın Səsi" layihəsi ölkəmizdə yarışmalara olan münasibəti də dəyişib: "Uzun illərdir biz musiqi yarışmalarından şikayət edirik. Ancaq məncə etiraf etmək lazımdır ki, adıçəkilən layihə bütün streotipləri qıra bildi. Onu da qeyd edim ki, bizim elə ən uğurlu ifaçılarımız zamanında müxtəlif yarışmalardan çıxıb, səhnəyə gəliblər. Yaxşı yarışmalar istedadı olan insan üçün yalnız müsbət təsir edə bilər".