Brilliant Dadaşovanın bağ sərgüzəştləri
Xalq artisti: "Bu gün yenə də bağda xanımlar yuxa bişirirdilər"
2 Sentyabr 2014 13:30 MədəniyyətXalq artisti Brilliant Dadaşovanın yeni fotoları yayılıb. Anspress-in məlumatına görə, bağ evində istirahət edərkən kamera qarşına keçən ifaçı daha sonra fotoları sosial şəbəkədə paylaşıb. Brilliant Dadaşova digər iki xanım yanında yuxa hazırlayan zaman çəkilən şəkillərə maraqlı şərh bildirib: "Eksklüziv fotolar. Bu gün yenə də bağda xanımlar yuxa bişirirdilər. Hüseyn Cavadzadə ilə ocağın yanında dayanmaq istədik. Çünki sacın iyi ən gözəl qoxudur. Təbii odun qoxusu"- şərhini bildirib. İfaçının fotoları istifadəçilər tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, Hüseyn Cavadzadə xalq artistinin mətbuat katibidir. Həmin fotoları sizə təqdim edirik.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31