Pittlə Colinin toyundan ilk - Foto

Məşhur Ancelina Coli və Bred Pitt cütlüyünün toyundan ilk foto yayılıb."Qafqazinfo"nun məlumatına görə, uzun müddətdir birlikdə yaşayan və altı uşaqları olan cütlüyün fotosunu "People Magazine" jurnalı yayıb. Qeyd edək ki, toy mərasimində cütlüyün ailələri və yaxın dostları iştirak edib. Colinin Vyetnam və Kamboçyadan övladlığa götürdüyü oğulları Madox və Pax ilə daxil olduğu  mərasimə üzükləri cütlüyün uşaqları Shiloh və Knox gətirib, qızları Vivienne və Zaharanın isə  ətrafa çiçəklər səpələdiyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31