Samir Bağırov səhnədən getməyinin səbəbini açıqladı
1 Sentyabr 2014 14:12 MədəniyyətBir neçə il olar ki, səhnədən uzaq düşən ekstravaqant müğənni Samir Bağırovdan xəbər var. Ortalıqda görünməyən ürəyi dolu ifaçı özəl olaraq Ailəm.az danışıb. Samir açıqlamasında bildirib ki, onun səhnələrdən uzaq düşməsinin bir çox səbəbləri var: "Bu həyatda hər şeyin bir səbəbi var. Mənim səhnədən uzaq düşməyimin isə bir yox, bir neçə səbəbi var. Hər dəfə mətbuata açıqlamamda "səhnəyə qayıdıb, yeni mahnılar yazdıracağam" dedim, amma olmadı. Başıma bir çox hadisələr gəldi. Amma hər şey geridə qaldı". Müğənni deyib ki, arxada qalan günlərində ən böyük çətinliyi maddi vəziyyəti ilə bağlı olub: "İşlərim heç düz getmədi. Önəmli olan çətin vaxtlarımda mən dostlarımı və düşmənlərimi tanıdım. Nə yaxşı ki, ölkəmdə məni sevən, sənətimə dəyər verən insanlar var".