Natavan və Zorik qalmaqalından yeni mərhələ: "Zorik yazdığını dandı”

"O, Natavan Həbibini təhqir edən heç bir yazı yazmadığını deyib"

Müğənni Natavan Həbibinin klipmeyker Zöhrab Ağayevə qarşı şərəf və ləyaqətin təhqir olunması, işgüzar nüfuza xələl gətirilməsi iddiası əsasında ötən gün baş tutan məhkəmə prosesində cavabdeh tərəf iddiaları rədd edib.

Həbibinin prodüseri Roland Bayramov ANS PRESS-ə açıqlamasında, Zorikin məhkəmədə sosial şəbəkədə yazdıqlarını dandığını bildirib.

"Səbail Rayon Məhkəməsində cavabdeh Zorikə ( Zöhrab Ağayev) qarşı şərəf və ləyaqətin, işguzar nüfuzun müdafiəsinə dair iddia ərizəsinə baxılıb. Zorik məhkəmədə bildirib ki, "zorik_official_page" adlı İnstaqram səhifəsi ona məxsus deyil. Həmin profildə o, Natavan Həbibini təhqir edən heç bir yazı yazmadığını deyib. O, səhifəyə aidiyyəti olmadığını bildirib".- deyə açıqlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31