Məryəm Üzərli ərəb teleserialına çəkiləcək - FOTO
27 Avqust 2014 16:16 MədəniyyətTürkiyənin ən populyar teleserialı olmuş "Muhteşem yüzyıl"dakı "Hürrəm Sultan" rolu ilə fenomenal dərəcədə məşhurlaşmış aktrisa Məryəm Üzərli yeni çəkilişlərlə bağlı müqavilə imzalayıb.Milli.Az AHT-yə istinadən bildirir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) MBC telekanalının çəkəcəyi teleserialda baş rol oynayacaq M.Üzerli dəlicəsinə sevən qadın obrazını yaradacaq.
MBC telekanalının Türkiyədəki təmsilçisi "03 Prodüksiyon" studiyasının ortağı Şaner Ayar deyib: "Məryəm çox sadə, zəhmətkeş, təvazökar insandır. Yeni teleserialın çəkilişlərinə gələn ilin mart ayında başlanacaq. Müqavilədə Məryəmin bəlli iş sürəyi göstərilməyib. Teleserial MBC telekanalında nə qədər davam edərsə, bir o qədər də çəkiləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31