Gürcüstandakı beynəlxalq festivala ölkəmiz də qatılacaq
27 Avqust 2014 14:48 MədəniyyətGürcüstanın və Polşanın Mədəniyyət və Tarixi Abidələrin Mühafizəsi Nazirliyi, Marneuli şəhər icra hakimiyyəti, Varşava şəhər meriasının dəstəyi və Polşada fəaliyyət göstərən "Fundacja inna przestren" cəmiyyətinin təşkilatçılığı ilə avqustun 28-dən 31-dək Marneulinin Tserakva kəndində "One caucasus" adlı beynəlxalq mədəniyyət festivalı keçiriləcək. Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzindən "OLAYLAR"-a bildirilib ki, layihənin keçirilməsində əsas məqsəd Gürcüstanda yaşayan gənclərin inkişafı, mədəniyyətləarası dialoq, Avropaya inteqrasiyanın mədəniyyət və incəsənəd yolu ilə həyata keçirilməsidir . Festivalda gənclər, uşaqlar və yeniyetmələr üçün təşkil olunan əyləncəvi proqramlar və bilik güşələri onların inkişafı üçün zəmin yaradacaq. Festivalda dünyanın 20 ölkəsini (Polşa,Ukraina, Azərbaycan, Yamayka, Amerika Birləşmişmiş Ştatları, Böyük Britaniya, Ermənistan və s) təmsil edən mədəniyyət, incəsənət xadimləri və könüllülər qatılacaqdır.